Bakıda 30 yaşlı kişi küt alətlə öldürülüb

Bakıda 30 yaşlı kişi başına küt alətlə vurularaq öldürülüb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə fevralın 13-də saat 2 radələrində Biləcəri qəsəbəsi ərazisində Sabirabad rayon sakini 30 yaşlı Eynulla İbadovun baş nahiyəsinə küt alətlə xəsarət yetirilməsi və xəstəxanaya aparılarkən yolda ölməsi barədə daxil olan məlumatla əlaqədar müvafiq tədbirlər həyata keçirilib.

İstintaq-əməliyyat tədbirləri nəticəsində bu əməlin münaqişə zəminində Biləcəri qəsəbə sakini Y.Quliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR