Ramiz Mehdiyevin köməkçisi saxlanıldı -

AMEA Prezidenti katibliyinin rəisi, siyasi elmlər doktoru Eldar Qurban oğlu Əmirov saxlanılıb.

Metbuat.az Unikal.org-a istinadən xəbər verir ki, E. Əmirov hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat zamanı tutulub.

Qeyd edək ki, E. Əmirov bu gün AMEA Prezidenti vəzifəsindən istefa verən Ramiz Mehdiyevin baldızı oğludur.

O, R.Mehdiyevin Prezident Adminstrasiyasında rəhbər olduğu vaxtlar onun köməkçisi də işləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR