İnternetdə müştəri axtardı, 1 il ərzində 200 kişi ilə görüşdü, işgəncəyə məruz qaldı... -

Fransada Suazik Belina adlı jurnalist insan alverini araşdırmaq üçün qəribə qərar qəbul edib.

Metbuat.az xəbər verir ki, 30 yaşlı qadın 1 il ərzində fahişəlik edib. Jurnalist üzləşdiyi hadisələri işıq üzü görən kitabında qələmə alıb. Jurnalist insan alveri qurbanlarını daha yaxşı anlamaq üçün özü internetdə müştəri axtarmağa başlayıb. Qadın öz xidmətlərini təklif edib. Tezliklə qadın özünə çox sayda müştəri tapıb. Qadın bildirib ki, o 1 il müddətində 200 kişi ilə görüşüb və 35000 min avro qazanıb. Jurnalist bu vaxt ərzində cinsi işgəncələrə məruz qaldığını və müxtəlif bahalı hədiyyə təklifləri aldığını ifadə edib. Jurnalist belə qənaəta gəlib ki, heç kim könüllü olaraq əxlaqsızlıqla məşğul olmur.

Məcbur qaldıqları üçün bu yola düşənlərin olduğunu deyən jurnalist, onlara kömək etməyin vacibliyinə toxunub. Jurnalistin sözlərinə görə, reportajı yayımlayandan sonra tənqidlərə məruz qaldığını və sosial media hesablarını bağlamaq məcburiyyətində olduğunu ifadə edib.

Qeyd edək ki, jurnalist araşdırması ilə bağlı etik cəhətdən uyğun olmayan bir sıra fikirlərini paylaşıb, müştərilərin əməllərini ifşa edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR