Çempionlar Liqası: 1/8 final mərhələsi start götürür

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək.

Metbuat.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək. Hər iki görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İlk görüşdə Fransada PSJ və İspaniya "Real Madrid" qarşılaşacaq.

Gecənin digər maraqlı matçlarından biri də İngiltərənin "Mançester Siti" klubu ilə Portuqaliyada "Sportinq" arasında baş tutacaq.

Qeyd edək ki, 1/8 final mərhələsinin digər oyunları fevralın 16-sı, 22-si və 23-də baş tutacaq.

UEFA Çempionlar Liqası, 1/8 final mərhələsi:

İlk oyunlar

15 fevral

00:00. PSJ (Fransa) - "Real Madrid" (İspaniya)

Baş hakim: Daniele Orsato (İtaliya)

00:00. "Sportinq" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə)

Baş hakim: Srcan Yovanoviç


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR