Bakıda qadın həbsdə olan ərinə telefon ötürmək istəyib

Bakıda qadın həbsdə olan ərinə telefon ötürmək istəyib

Bu barədə Metbuat.az-a Penitensiar xidmətdən məlumat verilib.

Bildirilib ki, xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon aparatının keçirilməsi cəhdinin qarşısı alınıb: "Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilən məhkum Zülfü Vaqif oğlu Kazımovla uzunmüddətli görüşə gəlmiş həyat yoldaşı, İmişli rayon sakini İlkanə Yasin qızı Səmədovanın üzərinə və əşyalarına baxış keçirilən zaman əl çantasının içərisində gizlətdiyi daxilində danışıq kartı olmayan 1 ədəd “Samsung Duos” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR