Ümumdünya Səhiyyə Təşkilatı koronavirus epidemiyasının "Omikron" ştamından sonra bitəcəyi xəbərlərinə münasibət bildirib.
Metbuat.az xəbər verir ki, ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesusun sözlərinə görə, "omikron"un ölümcül olmaması epidemiyanın bitməsi anlamına gəlmir. O qeyd edib ki, peyvənd olmadan epidemiyanın nəzarət altına alınması mümkünsüzdür. ÜST rəsmisi bu səbəbdən bütün ölkələri peyvəndlə bağlı dəstəyə çağırıb.
Xatırladaq ki, dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 413 480 802 nəfərə çatıb. Virusun baş qaldırmasından sonra bu səbəbdən ölənlərin sayı 5 826 378 nəfər təşkil edir. Yoluxma sayına görə ABŞ, Hindistan və Braziliya ilk üçlüyü bölüşür.
Gülər Seymurqızı