Tovuzda oğul atasını ÖLDÜRÜB

Baş Prokurorluq Tovuzda baş verən qətllə bağlı məlumat yayıb.

Qurumun Mətbuat Xidmətindən Metbuat.az-a daxil olan məlumatda deyilir:

"Fevralın 14-də Tovuz rayonu Hunanlar kənd sakini Qamət Əliyevin öldürülməsi faktı ilə bağlı Tovuz Rayon Prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin atası Ceyhun Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Qamət Əliyevə odlu silahla bir neçə dəfə atəş açmaqla onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Ceyhun Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR