Millimizin sabiq futbolçusu karyerasını başa vurub

"Səbail"də çıxış edən Azərbaycan millisinin sabiq futbolçusu Şəhriyar Rəhimov karyerasını bitirmək qərarına gəlib.

Metbuat.az xəbər verir ki, 33 yaşlı müdafiəçinin davamlı aldığı zədələr nəticəsində yaranan xroniki ağrıları buna səbəb olub.

Qeyd edək ki, Şəhriyar Rəhimov 2018/2019, 2019/2020, 2021/2022 mövsümündə "Səbail"in formasını geyinib. Ümumilikdə 50 oyun keçirən futbolçu 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha əvvəl "İnter", "Karvan", AZAL, "Rəvan" və "Kəpəz" klublarında da çıxış edib. Rəhimov Azərbaycan millisində 9 oyun keçirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR