Köçəryan məhkəmədə dindirildi -

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan keçmiş prezident Robert Köçəryanın və baş nazirin keçmiş müavini Armen Gevorqyanın işi üzrə dindirilib.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı baş prokurorun müavini və Köçəryanın işi üzrə prokurorlardan biri Gevork Bağdasaryan jurnalistlərə açıqlamasında bildirib.

"O, dindirilib. Bu işdə o, şahid statusundadır. Başqa təfərrüat verə bilmərəm", - Baqdasaryan məhkəmə iclasından sonra deyib.

Bundan əvvəl prokuror Petros Petrosyan ittihamın yekun hissəsində bildirmişdi ki, iş adamı Silva Hambardzumyan Vardan Oskanyanın tanışı vasitəsilə rüşvəti köçürmək üçün Armen Gevorqyan və Robert Köçəryana müraciət edib. Oskanyan bildirib ki, Gevorqyanın adından pul iş adamı Samvel Mayrapetyana verilməli idi.

Xatırladaq ki, eks-prezident Robert Köçəryan və hökumət sədrinin keçmiş müavini Armen Gevorqyan cinayət işi üzrə ittiham olunurlar. Köçəryan xüsusilə külli miqdarda rüşvət almaqda, baş nazirin keçmiş müavini isə çirkli pulların yuyulmasında ittiham olunur.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR