Putin “demokl qılıncını” Kiyevin başı üzərində saxlayacaq -

Rusiya prezidenti Vladimir Putin Qərb liderlərindən aldığı müxtəlif xəbərdarlıqlar qarşılığında Ukrayna ilə sərhəddən qoşunlarını geri çəkməyə qərar verib. Bəs Dövlət Duması nədən Donbass separatçılarını tanımaq məqsədilə Kreml sahibinə müraciət edib?

Metbuat.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu bu barədə suala cavab olaraq bildirdi ki, Dövlət Dumasında çoxluq Putinin nəzarəti altındadır.

"Deməli, Dövlət Duması məhz Kremlı sahibinin istəyi ilə “separatçıların tanınması müraciətinin” məhz fevralın 15-də ona təqdim edilməsini təşkil edib. Kreml sahibinin məqsədi Qərbin təzyiqləri qarşısında tam güzəştə getmədiyini göstərmək və Ukraynaya qarşı təzyiqi “separatçıları tanıyaram ha...” formasında davam etdirməkdən ibarətdir. Putin “demokl qılıncını” Kiyevin başı üzərində saxlayacaq. Onun separatçıları rəsmən tanıması Minsk razılaşmalarından çıxması anlamına gələcək. Putin hazırda bu addımı atmaq istəmir, çünki özü Kiyevdən həmin razılaşmaların yerinə yetirilməsini tələb edir".

Politoloq qeyd etdi ki, Kreml sahibi “separatçıları tanıya biləcəyi” alətini daima əlində saxlayacaq ki, istənilən an ondan istifadə edə bilsin.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR