Ötən il yol qəzası törədən qadın sürücülərin sayı açıqlanıb

Ötən il yol qəzası törədən qadın sürücülərin sayı açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Metbuat.az-a bildirilib ki, 2021-ci il ərzində qadın sürücülər tərəfindən törədilən ümumilikdə 28 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Həmin qəzalarda 17 nəfər həyatını itirib, 18 nəfər isə yaralanıb.

Ölümlə nəticələnən qəzalardan cəmi 1-i sürücülük təcrübəsi 10 ildən yuxarı olan qadın sürücü tərəfindən törədilmişdirsə, digər hadisələr sürücülük təcrübəsi 9 ilədək olan qadın sürücülərin təqsiri səbəbindən baş verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR