Zelenski xalqa BELƏ müraciət etdi -

Ukrayna Prezidenti Volodimir Zelenski ukraynalıları Birlik Günü münasibətilə təbrik edib.

Metbuat.az xəbər verir ki, Zelenski instaqram hesabından etdiyi paylaşımında bildirib ki, bütün ukraynalılar fərqli olsa da, onları vahid bir arzu – sülh içində, xoşbəxt yaşamaq birləşdirir:

“Bütün bunlara bizim tam haqqımız var, çünki biz evdəyik, biz Ukraynadayıq və heç kim bizim evimizi biz sevdiyimiz kimi sevməyəcək. Biz öz evimizi birgə qoruya bilərik. Birlik gününüz mübarək, mavi-sarılar".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR