AFFA rəsmisi Türkiyə millisinin oyununa təyinat alıb

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat alıb.

Metbuat.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, qadın futbolçulardan ibarət Türkiyə və Serbiya komandaları arasında keçiriləcək dünya çempionatının seçmə oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma fevralın 23-də İzmirdəki “Gürsel Aksel” stadionunda gerçəkləşəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR