​Ukraynada “Birlik günü” qeyd edildi

Ukraynada bu gün “Birlik günü” qeyd edilib.

Metbuat.az xəbər verir ki, bu məqsədlə ölkə miqyasında yürüşlər təşkil edilib. Küçələrdə, dövlət əhəmiyyətli binalarda bayraqlar ucaldılıb. Prezident Vladimir Zelenski “Birlik günü” münasibətilə xalqa müraciətində deyib:

“Dnepr çayının sağında və ya solunda yaşayanların, şəhərdə ya da kənddə yaşayanların, hamımızın günüdür bu gün”.

Qeyd edək ki, Rusiyanın Ukraynaya fevralın 16-da hücum edəcəyi iddia edilirdi. Vladimir Zelenski buna cavab olaraq 16 fevralı ölkədə “Birlik günü“ elan etdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR