Heydər Əliyev prospektində NƏ BAŞ VERİR? -

Bakıda səhər saatlarında yük maşınlarının sürücüləri tərəfindən bağlanan Heydər Əliyev prospektində hərəkət təmin edilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Metbuat.az-a bildirib ki, qurum tərəfindən aparılan müvafiq tədbirlər nəticəsində yollar açılıb.

Qeyd olunub ki, hərəkətin tənzimlənməsi istiqamətində işlər artıq yekunlaşdırılıb.

A. Əsgərli onu da deyib ki, Heydər Əliyev prospekti açılsa da, yollarda sıxlıq davam edir:

"Ona görə də vətəndaşlardan səbrli olmaları xahiş olunur".

10:00

Heydər Əliyev prospekti, kənar yol yük maşınları tərəfindən etiraz məqsədilə bağlanılıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, Nərimanov rayon ərazisində 4 yük avtomobilinin sürücüləri yolu bağlayaraq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayevə və şöbə müdiri Malik Əliyevə etirazlarını bildiriblər.

Yük avtomobillərinin sahibləri dövlət qurumundan icazə vərəqələrinin verilməsini tələb ediblər. Bildiriblər ki, icazə vərəqələrinin verilməməsi səbəbindən gətirdikləri malları xarab olur.

Bu səbəbdən Heydər Əliyev prospektində tıxac yaranıb. Hazırda Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yolun açılması istiqamətində işlər görülür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR