"Kişinin qısqanmağı halal, qadında isə haramdır" -

"Yoldaşımla çox gözəl dostuq. Bizim ailə həyatımız dostluqdan başlayıb. Ona görə də biz bir-birimizə güzəştə gedirik. O məni çox anlayır. Çox anlayışlı birisidir. Əlbəttə ki, ailədə daha çox kişinin sözü üstün olmalıdır. Çünki kişinin hakimiyyətini də tapdalamaq olmaz. Artıq o ailədən ailə olmaz".

Metbuat.az xəbər verir ki, bu fikirləri müğənni Xuraman Şuşalı “MTV xəbər”ə müsahibəsində deyib. Sənətçinin fikrinə görə, ailədə yaranan boşluqda çox zaman elə xanımlar günahkardır.

"Qadında da günah olur. Qadın bəzən o qədər acıdil, təkəbbürlü olur, bəzən özü öz əlləri ilə yoldaşını itələyir. Var da ki, kişinin qanı xarabdır. Qadın nə etsə də, gözəl də olsa, kişi evdən çıxdısa, sənin deyil. Qadınlar ailə quranda bilməlidir ki, kiminlə ailə qursun. Qısqancdırsa, ömrünün sonuna kimi eyni qalacaq. Elə şeylər var ki, dəyişilmir. Qadın var ki, deyir ərim 40 yaşa kimi qısqandı sonra yox. Belə hallar da var. Ya qadın qocaldı deyə qısqanmır. Və yaxud başı başqasına qarışır. Mənim həyat yoldaşımda qısqanclıq yoxdur. Biruzə də vermir. Arada deyirəm kii, bu məni niyə qısqanmır? Çünki arxayındır. Mən çox qısqancam, görürəm ki, özümə ziyan verirəm. Deyir, kişinin qısqanmağı halal, qadında isə haramdır. Qadın qısqansa təkəbbür, kişidə isə qeyrətdən irəli gəlir".

Heç bir kişinin ideal olmadığını bəyan edən ifaçı, xanımlara irad və məsləhətini də gizlətməyib.

"Mən araşdırma etməyi sevirəm, zamanım olanda da psixoloq yanına gedirəm. Gərək axtarmayasan, axtarsan tapacaqsan. Ona görə özünüzü sevin, özünüzə qiymət verin. Qarşı tərəfə də sevginizi elə miqdarda verin ki, nə o sizdən bezməsin. Nə də ki arxayın düşməsin. Özünüzü, bir çiçək, sevdalı, baxımlı bilin. Ailədə pərdəni aradan götürməyin. Kişi də qadını o qədər sevməlidir ki, qadın ondan arxayın olmalıdır. İdeal insan yoxdur, axtarmayın. Həyat yoldaşınıza da ideal kimi baxanda çox pis əziyyət çəkəcəksiniz. Qadınlar, kişilərin telefonunu axtarmayın. Gələr qrupa şəkil düşər, evdə qırğın düşər. Elə idarə edin ki, nə şiş yansın nə də kabab".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR