İran nüvə məsələsi ilə bağlı qərar verəcək

“Nüvə məsələsində qərarı İran tərəfi verəcək”.

Metbuat.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyindən açıqlama verilib. Bildirilib ki, nüvə müqaviləsinin taleyi barədə yaxın günlərdə qərar veriləcək. Qərb diplomatlarının sözlərinə görə, müzakirələr tərəflər arasında bəzi məsələlərin həll edilməsinə səbəb olsa da, fikir ayrılıqları davam edir.

Rusiya, Çin və Qərb dövlətləri müqavilənin əsas maddələri barədə razılığa gəlib. İranın müddəaları qəbul edib-etməyəcəyi yaxın günlərdə məlum olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR