Toy mərasimi zamanı DƏHŞƏT YAŞANDI: 13 nəfər öldü -

Hindistanın Uttar Pradeş vilayətində toy mərasimi zamanı faciə baş verib.

Metbuat.az xəbər verir ki, toy zamanı üzəri beton lövhələrlə bağlanmış quyunun çökməsi nəticəsində 13 nəfər həyatını itirib. Onların arasında uşaqlar da var. 10 nəfərin isə yaralandığı bildirilir. Məlumata görə, quyunun dərinliyi 15 metrdən çox olub. Bildirilir ki, sakinlər betonlar üzərində əylənərkən, ağırlığa davam gətirməyərək, çöküb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR