Sabah “Azəriqaz”da “Açıq qapı” olacaq

Sabah saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası keçiriləcək.

Metbuat.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, bütün media, QHT mənsublarının və sosial şəbəkə fəallarının (blogger) üzünə açıq olacaq bu aksiya "Facebook" sosial şəbəkəsi üzərində canlı yayımlanacaq.

Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR