"Erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusunda videokonfrans keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Lənkəran bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə “Erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusunda videokonfrans keçirilib.

Metbuat.az xəbər verir ki, videokonfransda DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Lənkəran ŞİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Cavad Miriyev, QMİ-nin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, qazı Qəni Axundzadə, dini icma sədrləri və din xadimləri olmaqla ümumilikdə 60 nəfər iştirak edib.

Çıxışlar zamanı erkən nikah və onun fəsadları barədə məlumat verilib. Cəmiyyətimizdə erkən nikahların yaratdığı mənəvi, sosial və hüquqi zərərlər haqqında danışılıb. Erkən nikahlara qarşı mübarizədə din xadimlərinin üzərinə mühüm vəzifələr düşdüyü qeyd edilərək bu istiqamətdə maarifləndirmə tədbirlərinin mühüm əhəmiyyəti diqqətə çatdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR