Daha bir azyaşlı qıza zorla NİŞAN ETDİLƏR - VİDEO

Sosial şəbəkələrdə azyaşlı cütlüyün nişan mərasimi ilə bağlı videogörüntülər yayılıb.

Metbuat.az xəbər verir ki, görüntülərdə nişan mərasimi keçirilən hər iki cütlük azyaşlıdır. Videoda azyaşlı qızın heç də məmnun olmadığı görülür.

Sosial şəbəkələrədə qızın zorla ərə verildiyi, nişan mərasiminin Bərdə rayonunun Soğanverdilər kəndində baş tutduğu qeyd olunub.

Rəylərdə həmçinin görüntülərin Gürcüstanda çəkildiyi də ehtimal olunur.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR