Nazir vətəndaşlarla görüşəcək

Nazir vətəndaşlarla görüşəcək
10:16 19 Yanvar 2015
149 Ölkə
Ölkə mətbuatı
A- A+

Ədliyyə naziri Fikrət Məmmədov vətəndaşları qəbul edəcək.

ANS PRESS-in Ədliyyə Nazirliyinə istinadla verdiyi məlumata görə, nazir yanvarın 22-də Kürdəmir rayonunda vətəndaşlarla görüşəcək.

Qəbulda Kürdəmir, Ucar, Zərdab və Ağsu rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Qəbul saat 11:00-da Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Kürdəmir şəhəri, Bakı prospekti) keçiriləcək.

Bildirilir ki, vətəndaşlar qəbula Göyçay regional ədliyyə şöbəsi (ünvan: Göyçay şəhəri, Nizami küçəsi, 111, əlaqə telefonu: (02027) 4-30-41, (050) 383-89-92, habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, eləcə də Kürdəmir şəhəri Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR