Ərdoğanla Stoltenberq arasında telefon danışığı oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Metbuat.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb. Tərəflər NATO-Türkiyə münasibətləri və regional məsələləri müzakirə ediblər. Ərdoğan Stoltenberqə Türkiyənin alyans daxilində müxtəlif platformalarda əvəzsiz mövqeyini daim vurğuladığı üçün təşəkkür edib.

Türkiyənin ilk gündən prinsipial və məsuliyyətli mövqe tutduğunu Ərdoğan Rusiya və Ukrayna kontekstində davam edən böhranın aradan qaldırılması istiqamərtində ölkəsinin diplomatik səylər göstərdiyini vurğulayıb.

"Ankara hər iki tərəflə rəhbərlik səviyyəsində zirvə və ya texniki səviyyədə danışıqlara məmnuniyyətlə ev sahibliyi edə bilər", - Türkiyə lideri söyləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR