Bitkoinin qiyməti 40 min dollardan aşağı düşdü

Bitkoinin qiyməti son 24 saat ərzində 5% azalaraq, fevralın 4-dən bəri ilk dəfə 40 min ABŞ dollarından aşağı düşüb.

Metbuat.az xəbər verir ki, bu barədə hərracın məlumatında deyilir.

Ticarət həcminə görə, ən böyük kriptovalyuta birjası olan "Binance"də bitkoin 5,5% azalaraq 39,77 min ABŞ dolları olub. "CoinMarketCap" portalının məlumatına görə, bitkoinin qiyməti 5,6% aşağı düşərək 39,8 min ABŞ dolları təşkil edib. Bitkoin artıq üçüncü gündür ki, ucuzlaşır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR