XİN-də işə qəbulun müsahibə mərhələsinin vaxtı açıqlanıb

Xarici İşlər Nazirliyi (XİN) qurumda diplomatik xidmətə işə qəbul imtahanının ilk mərhələsini keçən namizədlərə müraciət edib.

Metbuat.az xəbər verir ki, bildirilib ki, 2022-ci il yanvarın 23-də XİN-də diplomatik xidmətə işə qəbul olmaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş imtahanın 2-ci mərhələsində, müsahibə mərhələsində iştirak hüququ qazanmış 113 namizəd ilə 22 fevral 2022-ci il tarixində Xarici İşlər Nazirliyində görüşün keçirilməsi nəzərdə tutulub.

"İştirakla bağlı əlavə məlumat namizədlərin Şəxsi Kabinetlərində yerləşdirilib. Müsahibə mərhələsinin cari ilin mart ayının sonu - aprel ayının əvvəlində təşkil edilməsi nəzərdə tutulur”, - deyə məlumatda qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR