Ov zamanı FACİƏ: Bilmədən həmkəndlisini güllələdi

Şəki sakini ehtiyatsızlıqdan tanışını öldürüb.

Baş Prokurorluğun mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, Şəki rayonu Baş Küngüt kənd sakinləri 1986-cı il təvəllüdlü Pərvin İsmayılov və 1992-ci il təvəllüdlü Nurlan Mustafayevlə yaşadıqları kənddə yerləşən dağlıq-meşəlik ərazidə təklüləli ov tüfəngi ilə ov edən zaman P.İsmayılov ehtiyatsızlıqdan N.Mustafayevi güllələyərək öldürüb.

Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq tədbirləri davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR