Təbrizdə DƏHŞƏT: Təyyarə binaların üzərinə düşdü - Ölənlər var /

İranın Təbriz şəhərində hərbi təyyarə qəzaya uğrayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb. Təyyarənin İrana aid olub-olmadığı açıqlanmayıb.Yerli mənbələrin məlumatına görə, təyyarə Münəccim bulvarı üzərində yerləşən idman salonunun üzərinə düşüb.

Rəsmi mənbələrin məlumatına görə, hadisə nəticəsində indiyə qədər 3 nəfərin həlak olduğu təsdiqələnib.Yaralıların olduğu bildirilir. Hadisənin səbəbləri araşdırılır.

Sosial medianın İran seqmentlərində paylaşılan videolar qəzaya aid olduğu bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR