Azərbaycan Super Liqasının iki oyunu təxirə salınıb

Voleybol üzrə Azərbaycan Super Liqasının fevralın 22-də keçirilməli olan VIII turun oyunları “Azərreyl” – “Abşeron” və UNEC – “Murov başqa tarixə dəyişdirilib.

Federasiyanın mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, səbəb “Azərreyl” və UNEC-in federasiyaya müraciət ünvanlamalarıdır.

Hər iki komandanın bir neçə əsas heyət oyunçusunun səhhətində problemlər yaranıb.

Həkim məsləhəti ilə əlaqədar bu oyunçular bir müddət məşq proseslərindən kənar qalmalıdırlar.

Bu müraciət əsasında Azərbaycan Super Liqasının VIII tur oyunları təxirə salınıb. Matçların tarixi və keçirilmə yeri ilə bağlı əlavə məlumat veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR