Dünyada yoluxma sayı 425 milyonu ötdü

Dünya üzrə COVID-19 infeksiyasına yoluxanların sayı 425 milyon 84 min nəfərə çatıb.

Metbuat.az "worldometer" saytına istinadən xəbər verir ki, 5 milyon 906 min nəfər infeksiyanın qurbanı olub, 350 milyon 827 min nəfər isə bu xəstəlikdən sağalıb.

ABŞ COVID-19 infeksiyasına həm yoluxanların, həm də ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa 80 milyon 87 mindən çox insan yoluxub, onlardan 959 min 412 nəfəri həyatını itirib.

Yoluxanların sayına görə ikinci yerdə qərarlaşan Hindistanda 42 milyon 838 min nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 512 min 141 nəfər vəfat edib.

Yoluxma göstəricisinə görə üçüncü pillədə Braziliya yer alır. Bu Cənubi Amerika ölkəsində pandemiya dövrü ərzində 28 milyon 208 min nəfər virusa yoluxub, onlardan 644 min 362 nəfəri ölüb.

Qeyd edək ki, Azərbaycan yoluxma hallarının sayına görə dünya statistikasında 66-cı yerdədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR