“Şirin Su” şirkəti 10 illik yubileyini qeyd etdi

İllərdir uğurla inkişaf edən "Şirin su" brendi paytaxt sakinləri ilə yanaşı, eyni zamanda böyük şirkətləri, bankları, restoran şəbəkələrini, klinikaları və sağlamlıq mərkəzlərini keyfiyyətli su ilə təmin edir. Hər zaman müştərilərin etibarını və inamını qazanan şirkət bu günlərdə 10 illik yubileyini qeyd edib.

İstehsal bazasına, nəqliyyat, anbarlar, informasiya texnologiyalarından ibarət, loqistikaya malik olan "Şirin Su" şirkətinin əsas məqsədi ölkə əhalisinin təmiz və keyfiyyətli suya olan təlabatını ödəməklə sağlam həyat və sağlam gələcəyi təmin etməkdir.

Qeyd edək ki, "Şirin su" brendi 10 il ərzində göstərdiyi uğurlu fəaliyyətinə, qazandığı yüksək nəticələrə və sosial yönümlü, xeyriyyə layihələrində aktiv şəkildə iştirak etdiyinə görə Reputation Inc. şirkəti tərəfindən beynəlxaq "Golden Palm Awards" mükafatına layiq görülüb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR