Azərbaycanda ötən il təmassız ödənişlərin həcmi artıb

Bu ilin yanvarın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 11,5 mln. ədəd təşkil edib, və bu kartların 65%-i (7,5 mln.) təmassız ödənişlər kartları olub.

Metbuat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən il ərzində POS-terminallarla aparılan təmassız ödənişlərin sayı illik müqayisədə 3,8 dəfə artaraq 71,8 mln. ədəd, həcmi isə 5,2 dəfə artaraq 2,6 mlrd. manata çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR