Balakəndə 18 yaşlı oğlan intihara cəhd etdi

Balakəndə 18 yaşlı oğlan intihara cəhd etdi
10:17 19 Yanvar 2015
128 Digər
Ölkə mətbuatı
A- A+

Balakəndə 18 yaşlı gənc intihara cəhd edib
Balakən Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, 1997-ci il təvəllüdlü, Balakən şəhər sakini Murad Fəxrəddin oğlu Əhmədov sol biləyinin kəsilmiş yarası ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi və araşdırmasından sonra məlum olub ki, 18 yaşlı Murad Əhmədov intihar etmək məqsədilə kəsici alətlə sol biləyini kəsib. Murad Əhmədovun sol biləyi üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Murad Əhmədovun intihar cəhdinin səbəbi aparılacaq araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı Balakən Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR