"Qarabağ" - "Marsel" matçında fiti çalan hakimlər bəlli oldu

"Qarabağ" və Fransanın "Marsel" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununun hakimləri açıqlanıb.

Metbuat.az xəbər verir ki, qarşılaşma Polşadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Bartoş Frankovskiyə laynsmanlar qismində Martsin Bonek və Yakub Vinkler yardım göstərəcək. Dördüncü hakim funksiyasını Kjiştof Yakubik icra edəcək.

Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR