"İndi onun vicdanı sızıldayır" - Vasif Məhərrəmlidən Anar Nağılbazın ölümü ilə bağlı iddia /

Müğənni Vasif Məhərrəmli sosial şəbəkələrdən danışıb.

Sfera.az xəbər verir ki, "Şourum" proqramına müsahibə verən sənətçi haqqındakı xəbərlərin sosial şəbəkələrdə yanlış təqdim edildiyini bildirib.

İfaçı 2018-ci ildə çəkdiyi stress səbəbilə vəfat etdiyi deyilən repçi Anar Nağılbazı sosial şəbəkələrin öldürdüyünü deyib:

"Bu gün sosial şəbəkələr məşhur insanların tənqid və təhqir obyektinə çevrilməyinə səbəb olur. Mən bu gün də deyirəm ki, Anar Nağılbazı sosial şəbəkələr öldürdü. Kim ki əlini atıb klaviaturaya onun haqqında yazı yazmışdı, yəqin, indi onun vicdanı sızıldayır".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR