Erməni deputat şikayət etdi:

Milli Məclisin üzvü Tahir Mirkişili erməni həmkarına görə söz verməyib.

Metbuat.az xəbər verir ki, bu barədə Tahir Mirkişili özü feysbukda yazıb.

“Enerji Komitəsinin iclasına sədrliyi Azərbaycan (mən) edirdi, Ermənistan deputatına söz vermədim, yersiz danışırdı. Şikayət edirlər ki, gör nə günə qalmışıq ki, İrəvanda sədr azərbaycanlı, bizə də söz vermir çıxış etməyə. Yadıma düşdükcə özümü də gülmək tutur. Dövlətimiz və Prezidentimiz var olsun!”, - o qeyd edib.

Qeyd edək ki, deputatlar Tahir Mirkişili və Soltan Məmmədov komitə iclasında iştirak etmək üçün İrəvanda səfərdədilər. Onlar iclaslarda müzakirə olunacaq məsələlərdə Azərbaycan tərəfinin mövqeyini bildiriblər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR