Gözlənilən oldu: Qondarma respublikaların müstəqilliyini Rusiyadan sonra bu ölkə tanıdı

Suriya qondarma Donetsk və Luqansk respublikalarının müstəqilliyini tanımağa hazırdır.

Metbuat.az xəbər verir ki, rusiyalı deputat Dmitri Sablin belə açıqlama verib. O bildirib ki, Suriya prezidenti Bəşər Əsəd qondarma Donetsk və Luqansk respublikalarının müstəqilliyini tanımağa hazır olduğunu deyib. Suriyanın Xarici İşlər naziri Faysal əl-Mikdad da oxşar açıqlama verib. O bildirib ki, Suriya prezident Vladimir Putinin qərarını dəstəkləyir.

Diplomat qondarma respublikalarla əməkdaşlıq ediləcəyini açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR