Qaxda meşəlik ərazidə yanğın VAR -

Qax rayonunun Qum kəndi yaxınlığında dağ-meşə ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.

FHN-dən Metbuat.az-a verilən xəbərə görə, mürəkkəb relyefli dağlıq ərazi və küləkli hava şəraiti səbəbindən yanğının söndürülməsi prosesinin mürəkkəbləşməsinə baxmayaraq, yanğınsöndürənlərin səyi ilə yanğının məhdudlaşdırılması mümkün olub. Hazırda yanğının tam söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.

Qeyd edək ki, əsasən əl əməyi ilə həyata keçirilən yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup yerli sakin də iştirak edir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR