"Olimpik Marsel"in azarkeşi xəstəxanalıq oldu

"Olimpik Marsel" gənc azarkeşinə amansız hücumu qınayan açıqlama yayıb.

Metbuat.az xəbər verir ki, hadisə 18 yaşlılar arasında keçirilən "Kambardella Kuboku"nda baş tutan "Kanet" - "Olimpik Lyon" görüşündən sonra yaşanıb.

Matçı "Olimpik Marsel" forması ilə izləyən 17 yaşlı gənc azarkeş lionlu fanatların hücumuna məruz qalıb, yerdə yatarkən şəxsi əşyaları oğurlanıb.

"Olimpik Marsel"in komunikasiya direktoru Jak Kardoza bu barədə "Twitter"də paylaşım edib:

"Kanet" klubu təsdiqləyir ki, bir azyaşlı "Olimpik Marsel" forması geyindiyi üçün bir neçə "Olimpik Lion" tərəfdarı tərəfindən döyülüb. Mən bu xəbərdən çox sarsıldım və bu gecə xəstəxanaya yerləşdirilən gənc uşağa tam dəstəyimizi ifadə edirəm".

Qeyd edək ki, "Olimpik Marsel" "Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR