Bekhemin əzdiyi maşın satılır - FOTO

Bekhemin əzdiyi maşın satılır - FOTO
10:17 19 Yanvar 2015
334 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünyaca məşhur futbolçu, İngiltərə yığmasının sabiq ulduzu Devid Bekhemin avtomobili satılır.
 
D.Bekhemin 80 min funt-sterlinqə aldığı Audi RS6 markalı avtomobil ötən ilin noyabrın 29-da İngiltərənin Hartfordşir şəhərinin yaxınlığında Mitsubishi Colt Coupe Cabriolet markalı avtomobillə toqquşmudu.
 
Gümüşü rəngli maşın indi eBay onlayn-hərracında alındığı qiymətdən iki dəfə ucuz satılır. Satıcı isə Qərbi Yorkşir qraflığındakı Halifaks şəhərində yaşayan dilerdir.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 39 yaşlı Devid Bekhem böyük oğlu, 15 yaşlı Bruklini noyabrın 29-da Londonun Kolni səmtindən, "Arsenal"ın təlim-məşq bazasından evə aparanda qəzaya düşmüşdü.
 
Həmin avtomobil indi eBay-da 42995 funta satılır.
 
Milli.Az
 








RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR