​Qurban Qurbanov: "Səfərdəki oyunda rəqibi daha yaxından tanıdıq"

"Rəqibin yaxşı baş məşqçisi və futbolçuları var".

Metbuat.az xəbər verir ki, bunu "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində "Marsel" ilə oyundan öncə mətbuat konfransında deyib:

"Bu oyuna həqiqətən də çox böyük maraq var. Azarkeşlərimiz də çox istəklidir. Bizə inandıqlarına görə onlara təşəkkür edirik. Rəqibin yaxşı baş məşqçisi və futbolçuları var. Onların oyunlarını analiz etmişik. Səfərdəki oyunda rəqibi daha yaxından tanıdıq. İnanıram ki, futbolçular özlərini daha yaxşı tərəfdən göstərməyə çalışacaqlar. Bunu onlardan tələb edəcəyəm. Azarkeşlərimizi sevindirməyə çalışacağıq".

Ağdam təmsilçisinin futbolçusu Kadi Borges birinci oyunu analiz etdiklərini, amma qarşıda daha çətin oyunun onları gözlədiyini bildirib:

"Bizi çətin oyun gözləyir. Birinci oyunu analiz etmişik. Buraxdığımız səhvlərdən nəticə çıxarmalıyıq. Ümid edirəm ki, oradakı səhvləri təkrarlamayacağıq. Öz gücümüzə də bələdik. Hesab xeyrimizə olmasa da, bunu dəyişmək iqtidarındayıq. Təslim olmayacaq, sona qədər mübarizə aparacağıq. Ümid edirəm ki, bizə lazım olan nəticəni əldə edə biləcəyik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR