Azərbaycanda ən çox hansı qurd növləri yayılıb? -

"Dünyada və Azərbaycanda əsasən bizquyruq (enterobioz) və askarid qurd növləri yayılıb".

Metbuat.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov məlumat verib.

"Dünyada və Azərbaycanda çox bizquyruq (enterobioz) və askarid qurd növü çox yayılıb. Başqaları da var, amma bu iki qurd növ daha çox görülüb".

Onun sözlərinə görə, 2021-ci ildə 400 mindən çox uşaqda qurd analizi aparılıb:

"2021-ci ildə 434 min analiz götürülüb, onlardan 32 min 911 uşaqda qurd xəstəliyi aşkarlanıb. Bunlar da askarid və enterobioz qurd növləridir".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR