İclasda ŞOK ANLAR! Putin qəzəbləndi: Kəşfiyyat rəhbərinin nitqi tutuldu - "Mənə qəti cavab ver" /

Rusiyanın Təhlükəsizlik Şurasının iclası zamanı prezident Vladimir Putinlə Xarici Kəşfiyyat xidmətinin rəhbəri Sergey Narışkin arasında yaşanan dialoq sosial mediada izlənmə rekordları qırır.

Metbuat.az xəbər verir ki, iki gün əvvəl keçirilən iclasda Narışkinin çıxış zamanı nitqinin tutulduğu müşahidə edilir. Dialoq zamanı gərginlik yaşandığı diqqətdən qaçmır. “Donetsk və Luqanskın Rusiyaya birləşdirilməsini dəstəkləyərəm” deyən Narışkinin çıxışı Putini qane etməyib. Putin onun sözünü kəsərək “Müzakirələrin başlamasını təklif edirsiz? Yoxsa respublikaların müstəqilliyini tanımağı?” deyə soruşub. Narışkin isə “Təklifi dəstəkləyirəm. Donetsk və Luqansk respublikalarının Rusiya Federasiyasına qatılması təklifini dəstəkləyirəm” deyib. Lakin “Müstəqilliyin tanınması” cümləsini eşitməyən Putin isə Narışkinə “Bundan danışmırıq. Müstəqilliyini tanıyıb-tanımamaqdan bəhs edirik” deyərək qəti cavab verməsini istəyib. Nitqi tutulmağa davam edən Narışkin, “Onların müstəqilliyini tanımaq təklifini dəstəkləyirəm” cavabını verib. Ardınca Putin ona təşəkkür edərək, kürsüdən endirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR