"Əvəz böyük cəsarət nümayiş etdirib" -

Xəbər verdiyimiz kimi, tanınmış bloqer Əvəz Şıxməmmədov (Hafizli) qətlə yetirilib.

Metbuat.az xəbər verir ki, onun ölümü ilə bağlı ABŞ-ın Azərbaycandakı səfirliyinin sosial şəbəkə hesabında paylaşım edilib.

“ABŞ Səfirliyi Əvəz Şıxməmmədovun ailəsinə və yaxınlarına başsağlığı diləyir. Əvəz həm jurnalist, həm də ictimai fəal kimi öz fəaliyyətində böyük cəsarət nümayiş etdirib”, - səfirlikdən bildirilib.

Qeyd edək ki, Ə.Hafizli dünən Sabunçu rayonunun Balaxanı qəsəbəsində əmisi oğlu Əmrulla Güləliyev tərəfindən bıçaqla qətlə yetirib. Əvəz Hafizli "Kanal 13"ün əməkdaşı olub. O, həm də LGBT fəalı kimi tanınırdı.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR