Xocavənddə daha bir erməni hərbçisinin cəsədi tapılıb

Bu gün daha bir erməni hərbçisinin cəsədi tapılıb.

Metbuat.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.

O bildirib ki, 1 erməni hərbçinin cəsədi bu gün Xocavənd ərazisində aparılan axtarışlar zamanı tapılıb.

Axtarış qrupunun aşkar etdiyi cəsəd Ermənistana təhvil verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR