Rusiya ordusu hücuma keçdi - Kiyevdə şiddətli partlayışlar baş verir

Ukraynanın paytaxtı Kiyevdə şiddətli partlayış səsləri eşidilir.

Metbuat.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb. Ukraynanın Xarici İşlər Naziri Dmitro Kulebanın sözlərinə görə, prezident Vladimir Putin Ukraynaya qarşı irimiqyaslı əməliyyat əmri verib. Diplomat Ukrayna şəhərlərinə hücumların olduğunu bildirib.

Məlumata görə, hazırda Donbas üzərində hərbi təyyarələr uçur. Fəsadlar barədə məlumat yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR