Konfrans Liqası:

"Qarabağ" bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.

Metbuat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 21:45-də başlayacaq. Matçın baş hakimi polşalı Bartoş Frankovski olacaq.

"Qarabağ"da Xayme Romero və Şahruddin Məhəmmədəliyev zədə səbəbindən meydana çıxa bilməyəcək. Qonaqların heyətində isə itki yoxdur.

Qeyd edək ki, "Qarabağ" səfərdə rəqibinə 1:3 hesabı ilə uduzub.

UEFA Konfrans Liqası, pley-off mərhələsi

Cavab oyunu

24 fevral

21:45. "Qarabağ" (Azərbaycan) - "Marsel" (Fransa)

Hakimlər: Bartoş Frankovski, Martsin Bonek, Yakub Vinkler, Kjiştof Yakubik (hamısı Polşa)

Tofiq Bəhramov adına Respublika stadionu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR