Ukrayna hava məkanını mülki uçuşlar üçün bağladı:

Ukrayna cümə axşamı günü "yüksək risk" olduğu üçün hava məkanını mülki uçuşlar üçün bağlayıb.

Metbuat.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə xəbərdarlığı Ukrayna Dövlət Hava Hərəkəti Xidmətləri Müəssisəsi öz internet saytında edərək bildirib ki, ölkənin hava məkanı mülki uçuşlar üçün bağlanıb və hava hərəkəti xidmətləri ümumiyyətlə dayandırılıb.

Baş verənlərlə bağlı Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) bildirib ki, Rusiya və Belarusun Ukrayna ilə sərhədlərindən 100 dəniz mili (185 km) məsafəsində olan hava məkanı da aviaşirkətlər üçün təhlükə yarada bilər.

“Xüsusən də mülki təyyarələrin həm qəsdən hədəfə alınması, həm də yanlış identifikasiya riski var”. Bu da geniş çeşiddə yer və hava-desant döyüş sistemlərinin mümkün istifadəsi, bütün yüksəkliklərdə həyata keçirilən mülki uçuşlar üçün yüksək risk yaradır" deyə agentliyin münaqişə zonası bülletenində bildirib.

Edilən açıqlamada Ukraynanın hava nəqliyyatının idarə olunmasına kiberhücum potensialı barədə də xəbərdarlıq da edilib.

Qeyd edək ki, Ukrayna hava məkanına məhdudiyyətlər barədə məlumat verməmişdən əvvəl ABŞ, İtaliya, Kanada, Fransa və Britaniya öz hava yollarına Ukraynanın şərqi və Krımın üzərində müəyyən hava məkanından istifafə etməmək barədə məlumatlar yayınlamışdılar.

Məlumat üçün bildirək ki, Ukraynanın paytaxtı Kiyevdə şiddətli partlayış səsləri eşidilir. Ukraynanın Xarici İşlər Naziri Dmitro Kulebanın sözlərinə görə, prezident Vladimir Putin Ukraynaya qarşı irimiqyaslı əməliyyat əmri verib. Diplomat Ukrayna şəhərlərinə hücumların olduğunu bildirib. Hazırda Donbas üzərində hərbi təyyarələr uçur. Fəsadlar barədə məlumat yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR