Putin:

"Rusiya Federasiyası Ukraynanın nüvə silahı əldə etməsinə icazə verməyəcək".

Metbuat.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin xüsusi hərbi əməliyyatın başlanması ilə bağlı televiziya ilə çıxışında deyib. Putin bildirib ki, bu ölkədəki milli radikal qüvvələr "indi də nüvə silahına sahib olmaq iddiasındadırlar. Biz onlara bunu etməyə imkan verməyəcəyik" deyə Putin qeyd edib.

Məlumat üçün bildirək ki, Ukraynada hərbi vəziyyət tətbiq edilib. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib. Qeyd edək ki, Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR