Volodimir Zelenski:

"Ukrayna şimaldan, şərqdən və cənubdan hücuma məruz qalıb, havadan da hücum edilib".

Metbuat.az xəbər verir ki, bu barədə brifinq zamanı Ukrayna prezidenti Volodimir Zelenski qeyd edib.

"Gün ərzində Ukraynaya şimaldan, şərqdən və cənubdan hücum edilib. Bu gün hər bir ukraynalının göstərdiyi mübarizə Ukrayna dövlətçiliyinin əsas sütununu təşkil edir" - deyə Zelenski vurğulayıb.

Eyni zamanda Zelenski xalqa müraciətində bildirib ki, Rusiya ilə diplomatik əlaqələr kəsilib.

"Biz torpaqlarımızı qorumaq iqtidarındayıq. Hər birimiz müstəqilliyimiz üçün çalışırq. Moskvanın nə düşündüyündən asılı olmayaraq, ukraynalılar öz torpaqlarında yaşamaq hüququna malikdir" - deyə Zelenski bildirib.

Qeyd edək ki, bu gün səhərdən Ukraynada hərbi əməliyyatlar başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR