İstanbul Universitetində Xocalı soyqırımı anılacaq

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu fevralın 24-dən 26-dək Türkiyənin İstanbul şəhərində səfərdə olacaq.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az-a verilən məlumata görə, deputatımız İstanbul Universitetində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım mərasimində iştirak edəcək.

Tədbirdə bəşəriyyətə qarşı ən böyük cinayətlərdən biri olan Xocalı soyqırımının qurbanları anılacaq, hadisəni əks etdirən fotolar və sənədlər iştirakçıların diqqətinə çatdırılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR